Accessibility links

ABŞ-da son 17 ildə ilk ölüm cəzası icra edilib


ABŞ hökuməti son 17 il ərzində ilk dəfə Ali Məhkəmənin daha aşağı instansiyalı məhkəmənin qərarını ləğv edərək, üç ölüm hökmünün bu həftə, digər birinin isə gələn ay icrasına dair hökm çıxarıb.

Daniel Li qərardan dərhal sonra iyulun 14-də İndiana ştatının federal həbsxanasında güclü sedativ pentobarbital preparatı ilə ölümə təslim edilib.

O, 1996-cı ildə 8 yaşlı qız da daxil edilməklə 3 nəfərlik ailənin qətlində ittiham edilirdi.

Linin ölüm hökmü bazar ertəsi günü icra edilməli idi. Lakin məhkəmə qərarın qəddarcasına qeyri-adi bir cəza kimi Konstitusiyaya zidd olub-olmadığının araşdırılması üçün əlavə vaxta ehtiyac olduğunu bildirirək, daha bir iclas keçirmişdi.

Bu 4 müttəhimin vəkilləri pentobarbitalın suda batma və boğulma mahiyyətli tənəffüs narahatlığı yaradacağına etiraz edib.

Ali Məhkəmə isə bu iddianı rədd edərək, preparatın ştatlarda tətbiq edildiyini və 100-dən artıq insana vurulan bu inyeksiyanın insidentsiz ölümə səbəb olduğunu bildirib.

“Hökumət ekspert rəyləri təqdim edərək, ağ ciyərlərin şişməsinin yalnız insan öldükdən və ya tam huşunu itirdikdən sonra baş verdiyini bildirir. İddiaçılar federal məhkəmənin qərarına son anda müdaxilə edilməsinə dair heç bir sübut təqdim etməyib” , hakimlər yazıb.

Hakimlər Sonya Sotomayor, Rut Bader Qinzburq və Yelena Kaqan bildiriblər ki, əksəriyyət “hökumətin təxirəsalınmazlıq iddiasını” əsas gətirərək, prosesi yenidən nəzərdən keçirməyə tələsib.

“Bugünkü qərar bu cür sürətlənmiş qərarların nəticələrinin nə qədər ağır ola biləcəyini göstərir” - deyə, Kaqan bildirib.

“Məhkəmə əbədi olaraq respondentləri ölümcül inyeksiyalarına qarşı konstitusiya problemini həll etmək qabiliyyətindən və aşağı instansiya məhkəmələrinin bu problemi nəzərdən keçirməkdən məhrum edir”, hakim əlavə edib.

Müttəhim Uesli İra Parkinin ölüm cəzası çərşənbə günü, Dastin Li Honkenin isə cümə günü icra ediləcək.

Kis Dveyn Nelson avqustun 28-də ölümə təslim ediləcək.

Federal hökumət 1988-ci ildə ölüm cəzası bərpa olunduqdan sonra 3 nəfərin ölüm hökmünü həyata keçirib.

Son ölüm hökmü 2003-cü ildə icra edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG