İran Məhkəmə Sisteminin rəisi, axund Sadıq Laricani dekabrın 11-də qurumun iclasında çıxış edərək Qərbin insan hüquqları ilə bağlı meyar və standartlarını tənqid edib, ölkədə ölüm hökmlərinin həyata keçirilməsini dəstəkləyib.
“Media forum” saytının məlumatına görə, axund Laricani deyib ki, Qərbin, eləcə də ölkədəki bir sıra ziyalıların edamlara etirazlarına baxmayaraq İranda müttəhimlərə ölüm hökmlərinin çıxarılması davam edəcək.
“Biz onların bu etirazlarına fikir vermirik və öz işimizi görürük. İslamın mahiyyətinin nədən ibarət olduğu haqda müxtəlif təfsirlər var. Lakin hesab edirik ki, əsl islam ayətullah Xomeyninin nəzərdə tutduğu və ölkədə ortaya qoyduğu islamdır. Nəzərə almaq lazımdır ki, ölüm hökmlərinin ləğvini istəmək və edama qarşı çıxmaq əslində islam hökmünə qarşı çıxmaqdır”.
Son aylarda İranda edamların sayının kəskin artması beynəlxalq qurumların etirazına səbəb olub. BMT-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidin İranda insan hüquqlarının durumu ilə bağlı təqdim etdiyi son hesabatda bildirilir ki, İran prezidenti Həsən Ruhani hökumət başına gəldiyi gündən bu yana ölkədə 200-dən çox insan dar ağacından asılıb.