ABŞ-da sentyabrın 7-i Əmək bayramıdır. ABŞ prezidenti həftəlik müraciətində Əmək bayramı günü hüquqlar uğrunda mübarizə aparanların anım günü olduğunu bildirib.
Barak Obama deyib ki, əmək hərəkatına qoşulanlar yalnız özlərinin deyil, çiyin-çiyinə çalışdıqları insanların da rifah halının yaxşılaşmasına xidmət edib.
ABŞ dövlət başçısı məhz bu yolla orta sinfin yarandığını vurğulayıb.
Obama deyib ki, son 5 il ərzində 13.1 milyon yeni iş yeri açılıb.
2008-ci ildən işsizlik ən aşağı səsviyyəsindədir
Əmək Nazirliyinin son hesabatında deyilir ki, avqust ayında işsizlik son 7.5 il ərzində ən aşağı səviyyəsinə enərək 5.1 faiz təşkil edib.
Hesabatda iqtisadiyyatın 173 min iş yeri qazandığı bildirilir. Bu göstərici iqtisadçıların təxminlərindən daha artıqdır.