Accessibility links

Əfqanıstan, Pakistan, Çin və ABŞ Omanda müzakirələri bərpa edəcək


Əfqanıstan müharibəsinin siyasi yolla həlli müzakirə ediləcək

Əfqanıstan, Pakistan, Çin və ABŞ bazar ertəsi Omanda Əfqanıstan müharibəsinin siyasi yolla həllinə dair müzakirələri bərpa edəcək.

Kvartet Əməkdaşlıq Qrupu adı altında görüş zamanı 16 aylıq boşluqdan sonra keçiriləcək. Xarici İşlər Nazirliklərinin rəsmilərindən ibarət nümayəndə heyətləri görüşdə iştirak edəcək.

“Məqsəd müharibə tərəflərini eyni masa arxasına gətirməkdir. Bu mövzuda keçiriləcək görüşdə irəliyə doğru yollar müzakirə ediləcək” - deyə, Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Nafez Zəkəriyyə bildirib.

Talibanın Əfqanıstan hökuməti ilə sülh danışıqlarına qoşulmaması və Kabilin islamabadla gərgin əlaqələrinə görə 4 tərəfli görüşdə mühim irəliləyiş olacağı gözlənilmir. Taliban Amerika və NATO qüvvələrinin regionu tərk etməsindən sonra rəsmi Kabillə danışıqları qəbul edə biləcəyi barədə xəbərdarlıq verib.

İslamçı yaraqlılar Əfqanıstanı ərazilərinin 40 faizini ələ keçirib.

Bu yaxınlarda ABŞ müdafiə naziri Cim Mattis Tramp administrasiyası tərəfindən Əfqanıstanla bağlı yeni strategiyanın hazırlanması prosesi ilə bağlı razılığını bildirib.

XS
SM
MD
LG