Accessibility links

Koronavirusun yeni variantı dünyanı narahat edir


Koronavirusun yeni potensial olaraq daha yoluxucu Omikron variantı Cənubi Afrikada müəyyən edildikdən bir neçə gün dünya hökumətləri onun yayılmasını dayandırmaq üçün mübarizə aparır.

Birləşmiş Krallıqda iki yoluxma halı aşkar etdikdən sonra maska taxmaq və beynəlxalq sərnişinlərin sınaqdan keçirilməsi qaydaları sərtləşdirilib.

Almaniya və İtaliyada yeni yoluxma halları təsdiqlənib. Belçika, İsrail və Honq Konq da bu variantın səyahətçilərdə tapıldığını bildirib.

ABŞ-da hökumətin yoluxucu xəstəliklər üzrə mütəxəssisi doktor Antoni Fauçi Omikron variantının artıq ABŞ-da olmasına təəccüblənməyəcəyini deyib.

Fauçi NBC televiziyasına: "Biz bunu hələ aşkar etməmişik, ancaq bu dərəcədə ötürülmə qabiliyyətini göstərən bir virus olduqda ... demək olar ki, nəticədə hər yerə yayılacaq"- deyə, Fauçi bildirib.

Yeni variantın peyvəndlərə müqavimət göstərə biləcəyinə dair qorxulara görə, bütün dünyada pandemiya və əlaqəli qapanma məhdudiyyətlərinin gözləniləndən daha uzun müddət davam edəcəyi ilə bağlı artan narahatlıqlar var.

Niderlandın səhiyyə rəsmiləri bazar günü bildiriblər ki, bu yaxınlarda Cənubi Afrikadan uçuşlarla ölkəyə gələn 13 nəfərdə yeni Omikron koronavirus variantı testləri müsbət çıxıb.

Sərnişinlər cümə günü Amsterdama gəldikdən sonra koronavirus üçün müsbət test edən 61 nəfərlik qrupun bir hissəsi olub.

Bu, Avstraliyanın Sidneyə yeni gələn sərnişinlərdə iki variantın aşkar edildiyini bildirməsindən sonraya təsadüf edir.

Dünyada 5 milyondan çox insanın həyatına son qoyan pandemiyanın başlamasından iki ilə yaxındır ki, ölkələr yüksək hazırlıq vəziyyətindədir.

Omikron variantının hazırkı dominant Delta variantından daha ötürücü olub-olmadığını müəyyən edilməsinə vaxt qazanmaq üçün bir çoxları Cənubi Afrikadan səyahət məhdudiyyətləri tətbiq edib.

ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların bazar ertəsindən etibarən Cənubi Afrika və yeddi digər Afrika ölkəsindən səyahəti məhdudlaşdıracağını elan edib.

Birləşmiş Ştatlara gəlmədən öncəki 14 gün ərzində bu səkkiz ölkədən birində olan ABŞ vətəndaşı olmayan hər bir insanın ölkəyə girişinə icazə verilməyəcək.

Bu məhdudiyyətlər Amerika vətəndaşları və qanuni daimi sakinlərinə tətbiq olunmayacaq, ancaq onlar da bütün başqa beynəlxalq sərnişinlər kimi mənfi test nəticəsi təqdim etməli olacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG