Accessibility links

NASA teleskopu həyatın mövcud ola biləcəyi 10 yeni planet aşkar edib


NASA-nın planetlər axtarışı ilə məşğul olan teleskopu bizim günəş sistemindən kənarda, ölçüsünə və temperaturuna görə həyatın mövcud ola biləcəyi ehtimal edilən 10 yeni planet aşkar edib.

Dörd il axtarışdan sonra Kepler teleskopu Qoldiloks zonasında, ümumilikdə 49 planet aşkar edə bilib. Onu da qeyd edək ki, bu teleskop qalaktikanın yalnız cüzi bir hissəsini, 0.25 faizini müşahidə edə bilir. Bu isə təxminən 200 milyard ulduz deməkdir.

Yeni tapılan 10 planetdən 7-si həm ölçüsünə, həm də quruluşuna görə Yerə çox bənzəyir. Bu, həmin planetlərdə həyatın mövcud olması anlamına gəlməsə də, orada həyat üçün lazımlı olan şərtlərin mövcud olması ehtimalı kifayət qədər çoxdur.

Alimlər əmindirlər ki, bu tapıntı digər planetlərdə həyat axtarışı istiqamətində aparılan araşdırmalarda əldə edilən ciddi bir irəliləyişdir.

XS
SM
MD
LG