Accessibility links

İndoneziyanın Cava adasında torpaq sürüşməsi


İndoneziyanın Cava adasında torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 15 adam itkin düşüb.

İndoneziyanın Fəlakətlər Agentliyinin sözçüsü Sutopo Nuqroho hadisənin bu gün Brebes bölgəsində əkinçilərin düyü plantasiyasında işləyərkən baş verdiyini deyib.

Torpaq sürüşməsinə bir nüçə gündür yağan ağır yağışlar səbəb olub.

Axtarış və xilas əməliyyatlarına polis və əsgəri qüvvə cəlb edilib. İnsanlar əlləri və fermadakı alətlərlə palçıq altında qalanları çıxarmağa çalışır. Palçıq xilasedicilərin ağır təchizatlardan istifadə etməsinə mane olur.

İndonesiyada oktyabr və aprel aylarındakı musson mövsümünda torpaq sürüşmələri tez-tez baş verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG