Accessibility links

Rusiyanın hərbi müdaxiləsindən bir həftə sonra Ukraynada müharibə qızışır


Rusiyanın hərbi müdaxiləsindən bir həftə sonra Ukraynada müharibə qızışır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Rusiyanın hərbi müdaxiləsindən bir həftə sonra Ukraynada müharibə qızışır

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bir həftə sonra Rusiya qüvvələri Rusiyaya töhmət verməyin lehinə səs verən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qınaqlara baxmayaraq hücumlarını davam etdirirlər.

Rusiya Ukraynanı bombalayır. Cənubda yerləşən Xerson şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyi deyilir.

Ukrayna rəsmiləri deyir ki, hərbi müdaxilə başlayandan bəri minlərlə mülki vətəndaş ya ölüb, ya da yaralanıb.

Körpələr, məsələn Kyivdəki bu körpə, xəstəxanaların zirzəmilərində dünyaya gəlirlər, çünki ölkə boyu ukraynalılar yeraltında sığınacaq axtarmağa məcbur olurlar.

“Bacardıqları yerdə sığınırlar. O cümlədən xərçəngdən müalicə olunan uşaqlar indi Ukraynada uşaq xəstəxanlarının zirzəmilərində yaşayırlar, həkim və tibb bacıları isə partlayış səsləri altında onları müalicə etmək üçün əllərindən gələni edirlər. Bu, biabırçılıqdır,” ABŞ Dövlət katibi Antoni Blinken deyib.

ABŞ Dövlət katibi Antoni Blinken Rusiya bizneslərinə əlavə sanksiyalar elan edib. Bu dəfə sanksiyalar Ukrayna xalqına hücum etmək üçün istifadə olunan döyüş silahları istehsal edən müdafiə sənayesi ilə əlaqədar 22 quruma tətbiq olunub.

Rusiya təyyarələrinin Amerikanın hava hövzəsində uçuşlarına qadağa qoyulub. Bundan əlavə Belarus da Rusiyanın hərbi müdaxiləsində oynadığı rola görə sanksiyalara məruz qalıb.

ABŞ rəsmiləri deyir ki, Kyiv yaxınlığında uzunluğu 60 kilometrdən çox olan Rusiyanın hərbi maşınlarından ibarət karvanı yanacaq və ərzaq çatışmazlığı və ukraynalıların müqaviməti səbəbilə irəliləyiş edə bilmir.

“Haqsız, lüzumsuz müharibənin ön cəbhəsinə göndərilmiş rus əsgərlərinə deyirəm: Liderləriniz sizə yalan danışır. Müharibə cinayətləri törətməyin. Silahlarınızı yerə qoymaq və Urkaynanın tərk etmək üçün əlinizdən gələn hər şeyi edin,” ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib.

Pentaqon cümə axşamı Rusiya Prezidenti Vladimir Putinin bu həftə nüvə silahlarını yüksək hazırlıq vəziyyətinə gətirmək əmrini pisləyib.

“Bu cür təxribatçı ritorika və bizim müvafiq arsenallarımızdakı ən ağır təsirləri olan silahların daxil olduğu nüvə mövqeyinə mümkün dəyişikliklər qəbuledilməzdir. Birləşmiş Ştatlar hər hansı bənzər addımlar atmayıb,” Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

Kirbi elan edib ki, Pentaqon ABŞ-ın səhv başa düşülə biləcək nüvə davranışı etməyəcəyinə işarə etmək üçün bu həftə planlaşdırılmış qitələrarası ballistik raket sınağını təxirə salır.

“Biz bu qərarı təsadüfi qəbul etmədik, əksinə məsuliyyətli nüvə dövləti olduğumuzu sərgiləmək üçün etdik,” Pentaqon mətbuat katibi Con Kirbi deyib.

ABŞ Ukrayna qüvvələrinə yardım göndərməyə davam edir, eyni zamanda isə Rusiya döyüşçülərinə ilk uğursuzluqlarından nəticə çıxarmaları üçün xəbərdarlıq edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG