Accessibility links

"Onlar yanlış heç nə etməyiblər. Onlar azadlığa buraxılmalıdır!"


"Onlar yanlış heç nə etməyiblər. Onlar azadlığa buraxılmalıdır!"
please wait

No media source currently available

0:00 0:06:09 0:00

Vaşinqtonda qərargahlaşan Crude Accountability qeyri-hökumət təşkilatı yanvarın 18-i ABŞ-dakı Azərbaycan səfirliyi önündə piket keçirib. Piketin əsas tələbi Mehman Hüseynovun və Azərbaycanda həbsdə olan digər siyasi məhbusların dərhal azadlığa buraxılması olub.

Azərbaycan səfirliyi önündə piket
Azərbaycan səfirliyi önündə piket

Piketin təşkilatçılarından olan Crude Accountability-nin icraçı direktoru Keyt Uottersin sözlərinə görə, dünyanın hər bir yerində vətəndaş cəmiyyəti fəalları bu cür hadisələrin qarşısın; almaq üçün bir araya gəlməli və həmrəylik nümayiş etdirməlidirlər.

Çünki, bir fəal həbsdə olanda, hər bir fəal əziyyət çəkir.

"Edə biləcəyimiz işlərdən bir hissəsi bu fəalların taleləri və hal-hazırda yaşadıqlarını daha çox ictimailəşdirməkdir. Keçən həftə gördüyümüz işlərdən biri Helsinki Komissiyasına müraciət edərək, Mehmanla bağlı bəyanatla çıxış etmələrini xahiş etmək idi. Bu mövzudan xəbərdar olan və bu barədə narahatlıqlarını ifadə edən insanlar var. Düşünürəm ki, etməli olduğumuz əsas şey həmkarlarımız, hüquq müdafiəçiləri ilə həmrəylik nümayiş etdirməkdir. Çünki bir fəal həbsdə olanda, hər bir fəal əziyyət çəkir. Ona görə də həmrəy olmağa davam etməli və Mehman Hüseynovun və Azərbaycandakı digər siyasi məhbusların dərhal və şərtsiz azadlığa buraxılmasını tələb etməliyik." - deyə, xanım Keyt əlavə edib.

​Piketdə iştirak edən Freedom Now təşkilatının nümayəndəsi Karl Horberq bildirib ki, beynəlxalq təşkilatlar və insan hüquqları qurumları Azərbaycanda hökümətin jurnalistikanı cinayət kimi qəbul etməsinə və öz vətəndaşlarını istədikləri qədər barmaqlıqlar arxasında saxlamalarına icazə verməməlidir.

Biz hökümətin öz vətəndaşlarını istədikləri qədər barmaqlıqlar arxasında saxlamasına icazə verə bilmərik.

"Biz dünyanın müxtəlif ölkələrində həbs olunmuş siyasi məhbusların azadlığa çıxması üçün çalışırıq. Təəssüf ki, Azərbaycanda siyasi vəziyyət yaxşıya doğru dəyişmədiyindən biz Azərbaycanla bağlı fəaliyyətimizi illərdir davam etdiririk. Çox insanın da bildiyi kimi, hazırda ölkədə 150-dən çox siyasi məhbus var. Bunlara vəkillər, insan haqları müdafiəçiləri və Mehman Hüseynov kimi jurnalistlər də aiddir. Ən narahatedici məqam isə ondan ibarətdir ki, Azərbaycan höküməti Mehman Hüseynov kimi gücə qarşı doğru danışan, ölkədəki korrupsiya və insan haqları pozuntularını işıqlandıran, yalanları üzə çıxardan insanları sevmir. Mehman Hüseynov İlham Əliyevin xanımının vitse-prezident təyin olunması faktı ilə bağlı report hazırladığı üçün iki illik həbs olunmuşdu.

Aydındır ki, onlar bununla qane olmamışdı. Onlar Mehmanı daha uzun müddətə həbsxanada saxlamaq istəyirlər. Ona görə də qurama ittihamlarla onun həbsini daha 7 il uzatmaq niyyətindədirlər. Biz bununla razılaşa bilmərik. Biz hökümətin jurnalistikanı cinayət kimi qəbul etməsinə və öz vətəndaşlarını istədikləri qədər barmaqlıqlar arxasında saxlamasına icazə verə bilmərik. Buna görə biz burada Mehman Hüseynov və Azərbaycandakı bütün siyasi məhbuslara azadlıq tələb edirik." - deyə, Karl Horberq qeyd edib.

Maliyyə qurumlarını insan hüquqları, plüralizm və demokratiya ilə bağlı öhdəliklərinin arxasında dayanmalarına çağırırıq.

Crude Accountability qeyri-hökumət təşkilatının nümayəndəsi Sonya Zilberman bu hadisəyə insan haqları təşkilatlarından əlavə maliyyə qurumlarının da münasibət bildirməli olduğunu vurğulayıb.

"Biz siyasətçilərə və hökumət rəsmilərinə bu məsələyə etiraz etmələri üçün təsir göstərməyə çalışırıq. Təkcə Mehman yox, bütün siyasi məhbuslarla bağlı. Hal-hazırda Azərbaycanda 150-dən çox siyasi məhbus var. Amma buna əlavə olaraq, biz ciddi şəkildə beynəlxalq maliyyə qurumları ilə çalışırıq. Onları insan hüquqları, plüralizm və demokratiya ilə bağlı öhdəliklərinin arxasında dayanmalarına çağırırıq."

Azərbaycan səfirliyi önündə piket
Azərbaycan səfirliyi önündə piket

​Vaşinqtonda yaşayan jurnalist Ələkbər Raufoğlu isə Azərbaycanda siyasi məhbuslarla bağlı baş verən son hadisələrə gələn reaksiyalar, xüsusilə də Avropa Parlamentinin qəbul etdiyi son qətnamənin hökümətə qarşıda daha ciddi sanksiyalar gözləyə bilməsi ilə bağlı xəbərdarlıq olduğunu hesab edir.

Azərbaycanla bağlı sanksiyaların qəbulu prosesinə biz bu gün dünəndən daha yaxınıq.

"Əslində sanksiya təzyiq deyil, rəftarı dəyişmək mesajıdır. Biz ümid edirik ki, bu hadisələr sanksiyalar qədər uzadılmaz. Azərbaycan hakimiyyəti artıq rəftarını dəyişmək üçün kifayət qədər zəmini var və onlar bunu görməlidir. Həm ölkə daxilində, həm ölkə xaricində aksiyalar, etiraz mitinqləri baş verir. Bütün bunlar hay veriləsi səslərdir. Əgər bu səslərə cavab verilməyəcəksə Azərbaycanla bağlı sanksiyaların qəbulu prosesinə biz bu gün dünəndən daha yaxınıq."

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG