Accessibility links

Tereza May onlayn terror mesajlarına mane olunması səylərinin gücləndirilməsinə çağırır


British Prime Minister Theresa May leaves 10 Downing Street in London, to attend Prime Minister's Questions at the Houses of Parliament, Sept. 13, 2017.
British Prime Minister Theresa May leaves 10 Downing Street in London, to attend Prime Minister's Questions at the Houses of Parliament, Sept. 13, 2017.

Britaniya, Fransa və İtaliya texnoloji şirkətlərin terrorizmi təbliğ edən şərhlərin onlayn postlarına mane olmaq kimi bir məqsədə nail olmaq istədiklərini bildirib.

Britaniyanın BMT-də çıxış edən baş naziri Teraza Mey internet şirkətlərinin nailiyyət əldə etdiyini desə də, onların daha çevik və daha sürətlə işləmələrinin vacibliyini qeyd edib.

İslam Dövləti kimi ekstrmist qrupların təbliğat müddəti 6 gündən 36 saata endirilib.

Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Paolo Qentilonidə Meyin çağırışlarına səs verib.

Mesajların silinməsindən əlavə liderlər bu mesajlara qarşı səslərin ucaldılmasının vacibliyini vurğulayıb.

Twitter 2015-ci ildən İŞİD-lə əlaqəsi plan minlərlə hesabın bağlandığını bəyan edib.

Şirkətin bildirdiyinə görə, bağlanan hesabların ümumi sayı 360 min təşkil edir.

Twitter bildirir ki, 2015-ci ildən bəri gündəlik bağlanmalar 80 faiz artıb. Bağlanılan hesabların əksəriyyəti terror hücumlarını izləyən hesablardır.

Nailiyyətə baxmayaraq bir çox istifadəçinin yenidən Twitter-ə yol tapdığı bildirilir.

Facebook “terror aksiyası“ kimi yazıları qadağan edib.

Son zamanlar sosial media İslam Dövlətinin mesajlarını yaymaq və sıralarına insanları cəlb etmək üçün platformaya çevrilib.

XS
SM
MD
LG