OPEC 2018-ci ilin sonunadək neft istehsalının ixtisarı müddətinin uzadılması barədə razılıq əldə edib. Beləliklə təşkilat bazarda olan artıq xam neftin tükənməsini istəyir və bazarda əlavə neftin qaldığı təqdirdə razılıqdan çıxa biləcəyinə işarə edib.
OPEC-ə üzv olmayan Rusiya bu il ilk dəfə neft istehsalını əhəmiyyətli dərəcədə azaldıb.
Razılığa əsasən neft istehsalının gündəlik həcmi 1.8 milyon barrel azaldılıb. Bu yolla neftin qiymətinin qaldırılması qarşıya məqsəd qoyulub.
Mövcud OPEC sazişinin müddəti gələn il martın 31-də sona çatır.
OPEC-in iki nümayəndəsi Reuters-ə bildirib ki, təşkilat marketdə gözlənildiyi kimi ixstisar müddətini daha 9 ay uzaldıb.
OPEC bundan əlavə Nigeriya, habelə Liviyanın neftinin gündəlik hasilatının da 1.8 milyon barrel azaldılmasına göstəriş verib. Bu iki ölkə münaqişələr səbəbi ilə normaldan daha az istehsala malik olduğu üçün ixtisarlardan kənarlaşdırılmışdı.
14 OPEC və 10 qeyri-OPEC ölkəsinin qərarına əsasən, hasilatda dəyişiklik edilməsi məsələsinə növbəti ilin iyun ayında yenidən baxılacaq.
Bu gün bazarlarda 1 barrel xam neftin qiyməti 1 faiz artaraq, 64 dollara çatıb.