Accessibility links

Qubad İbadoğlu: Azərbaycan riskə gedir


 Neft-qaz layları (sxem)
Neft-qaz layları (sxem)

Azərbaycanın OPEC dövlətlərinin Vyana görüşündə neft hasilatını sutkada 35 min barrel azaltması barədə razılığı ekspertlər tərəfindən riskli qiymətləndirilir.

İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazır ki, hazırkı böhran dövründə Azərbaycanın bu addımı maliyyə itkilərinə səbəb ola bilər. Ekspertin şərhini təqdim edirik:

Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barrel, hazırkı hasilatının 5,5 faizi qədər azaltmağa razı olub.

Əgər həqiqətən də Azərbaycan neft ixracatını gündə 35 min barrel aşağı salarsa, bu o deməkdir ki, cari qiymət səviyyəsində ölkəmiz gündə 1,925 milyon dollar, ayda isə 57,5 milyon dollar ixrac gəlirlərindən məhrum ola bilər. Bu məbləğin 47 milyon dollarının xalis mənfəət olduğunu nəzərə alsaq, onda aylıq təmiz valyuta itkisi orta aylıq qeyri-neft ixracatının yarısı qədər olacaq. Rəsmi məlumatlarda bu ilin 9 ayının yekunlarına görə, Azərbaycanda orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib. Belə olan halda valyita gəlirlərinin azalması manatın məzənnəsinin ucuzlaşmasını şərtləndirən amilləri daha da fəallaşdıra bilər.

Odur ki, bu məsələdə həlledici rol dünya bazarında neftin qiymətinin hansı səviyyədə tarazlaşmasından asılı olacaq. Belə ki, dünya bazarında neft təklifinin azaldılması qərarı hər barrelə görə qiymətin gələn ildən orta səviyyəsinin cari səviyyədən 10 dollar və daha çox yüksəlməsinə gətirib çıxaracağı halda Azərbaycanın qiymət artımından əldə etdiyi fayda miqdardan itirdiklərindən çox ola bilər. Əks təqdirdə, miqdarın itkisini qiymət artımı kompensasiya edə bilməyəcək. Bu isə Azərbaycan kimi iqtisadiyyyatı və milli valyutası neft gəlirlərindən asılı olan ölkələr üçün risklidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG