Accessibility links

“Bir körpənin göz yaşlarına dəyməyən əfv” yazısının müəllifinə xəbərdarlıq edilib


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

“Siyasi Məhbuslarsız Azərbaycan” qeyri-hökumət təşkilatının koordinatoru və Milli Şuranın üzvü Oqtay Gülalıyev yanvarın 6-da Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilib.

Hüquq müdafiəçisi Baş Prokurorluğa çağırılıb və iki saata yaxın qaldıqdan sonra azad buraxılıb.

“Mən yerli vaxtla saat 17-də Respublika Prokurorluğuna daxil oldum və iki saata yaxın orada qaldıqdan sonra azad buraxıldım. Çağırılmağımın səbəbi kimi bu yaxınlarda mənim tərəfimdən yazılmış və çoxsaylı mediada dərc olunmuş “Bir körpənin göz yaşlarına dəyməyən əfv sərəncamı” yazısı göstərildi. (http://www.contact.az/docs/2015/Want%20to%20Say/123100142142az.htm#.Vo1KIE-LWRk)

Detallı şəkildə məlumat yaymamaqla bağlı iltizama qol çəkdiyimdən geniş danışmayacam. Rəsmi xəbərdarlıq olundum. Bildirdilər ki, məqalədəki bəzi məqamlar dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirir. Onlara bildirdim ki, yazı mənim fikrilərimdir, qanunlar və fikir azadlığı çərçivəsindədir. İnsanları düşüncəsinə görə ittiham etmək olmaz. Bir də yazılarımı diqqətlə oxuduqları üçün təşəkkür etdim”, Gülalıyev Amerikanın Səsinə bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG