Accessibility links

Viktor Orban: Suriyanın qonşularına miqrant yardımı ayrılmalıdır


Macarıstanın baş naziri Suriyanın qonşularına miqrant axınının qarşısını almaq üçün yardım paketləri ayrılmasını təklif edib.

Viktor Orban Almaniyanın Bild qəzetinə qaqçınların qəbulundan imtina edilməsini müdafiə etdiyini bildirib.

Baş nazir deyib ki, Suriya qaçqınları ölkələrindən kənarda qaçqın düşərgələrinə malikdir və onlar Avropaya təhlükəsizlik üçün deyil, yaxşı həyat sorağında üz tutur.

Orban Avropa İttifaqının büdcəsindən 1 faiz Türkiyə, Livan və İordaniyaya ayırmaqla, 3.4 milyard dollarlıq vəsaitlə qaçqın böhranının həllinə yardım etməli olduğunu deyib.

O, Almaniyanın minlərlə sığınacaq tələbini qəbul etməsini Avropa İttifaqının qanunlarına zidd adlanırıb.

Orban Avropa sərhədləri bağlanmayınca qaçqın kvotasının heç bir məna kəsb etməyəcəyini deyib. Baş nazir bu halda nə qədər insanın sığınacaq tələbinin müyyən edilməsinin qeyri-mümkünlüyünü irəli sürüb. O, əks təqdirdə qaçqın axının qarşısını almağın mümkün olmayacağını bildirib.

XS
SM
MD
LG