Accessibility links

İordan çayının qərb sahilindəki qız məktəbində vandalizm törədilib


İordan çayının qərb sahilindəki qız məktəbində vandalizm törədilib
İordan çayının qərb sahilindəki qız məktəbində vandalizm törədilib

Fələstin İordan Çayının Qərb sahilində məskunlaşan İsrail mühacirlərini qız məktəbində vandalizm törətməkdə ittiham edir. Fələstin rəsmiləri Qərb Sahilində məskunlaşanların dünən məktəbin qapısını qıraraq binada yanğın törətdiklərini deyirlər. Rəsmilər eləcə də divarlardan birində ivrit hərflərində sözlər yazıldığını bildirmişlər. Rəsmilərin dediyinə görə, Nablus yaxınlığındakı Saviyeh yaşayış məntəqəsindəki məktəbin divarında “cəhənnəmdən salamlar” yazılmişdir. Məktəb şagirdlərinin bu gün etiraz aksiyası keçirdiyi deyilir.

XS
SM
MD
LG