ABŞ hərbi təyyarəsi bazar ertəsi Missisipi ştatında qəzaya uğraması nəticəsində ən azı 16 nəfərin həlak olduğu bildirilir.
Rəsmilər ştatın paytaxtı Cekson şəhərindən 150 km. şimalda yerə düşən təyyarənin nə haradan uçuşa başladığı, nə də ki, istiqamət götürdüyü məkanlar haqqında məlumat verməyib. Qəzanın səbəbləri də aydın olmayaraq qalır.
ABŞ Ordusu sözçüsü kapitan Sarah Börns yalnız KC-130 təyyarəsi ilə “bədbəxt hadisə" baş verdiyini qeyd edib.
Ərazinin Fövqəladə Hallar İdarəsinin direktoru Frenk Rendl müxbirlərə bildirib ki, onlar qəza yerindən 16 nəfərin cəsədini çıxara biliblər.
Xilasetmə işlərinə cəlb edilən Qrinvud şəhərinin Yanğınsöndürmə İdarəsinin rəhbərinin verdiyi məlumata görə, təyyarənin hissələri 8 km. radiusa səpələnib.