Accessibility links

Azərbaycan Ordusunun giziri həlak olub


Cəbhə
Cəbhə

Noyabrın 30-da axşam saatlarında qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Fariz Novruzov həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, fakt üzrə Hərbi Prokurorluq tərəfindən hadisənin baş verməsi şəraitinin müəyyən edilməsi üzrə araşdırma aparılıb. Araşdırmanın nəticəsi göstərib ki, gizir F.Novruzov erməni tərəfdən atılan güllənin sapması nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfi regiondakı çətin hərbi-siyasi şəraitdən öz xeyrinə istifadə etmək məqsədilə vəziyyəti bir qədər də gərginləşdirməyə çalışır.

“Azərbayacan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq düşmənin fəallaşması cəhdinin qarşısının alınması və şəhidlərin qanının yerdə qalmaması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək”, mətbuat xidməti qeyd edir.

XS
SM
MD
LG