Accessibility links

"Biz xalq olaraq öz müqəddəratımızı özümüz həll etməliyik" [Video-Müsahibə]


"Biz xalq olaraq öz müqəddaratımızı özümüz həll etməliyik"
please wait

No media source currently available

0:00 0:08:19 0:00

Strasburqda AŞPA-nın yaz sessiyasında iştirak edən siyasi fəal Orduxan Temirxan Amerikanın Səsinə müsahibəsində qurumun hesabatında Azərbaycanla bağlı qeyd olunan korrupsiya halları və Avropada yaşayan siyasi fəalların gələcək fəaliyyət planlarından danışıb

Orduxan Temirxanın sözlərinə görə, dörd gündür davam edən müzakirələrin əsas mövzusu Azərbaycanla bağlı olan korrupsiya skandallarıdır.

“Azərbaycan hökümətinin Avropalı deputatları rüşvətlə ələ almaq cəhdləri və hətta onlara qarşı şantaj tətbiq etməkləri gündəmin ən əsas müzakirə mövzusu olub.”

Ciddi sanskiyalar tətbiq edilə bilər.

Siyasi fəal onu da əlavə edib ki, İlqar Məmmədov da daxil olmaqla siyasi məhbusların azad olunması məsələsi də təkrar-təkrar qeyd olunub.

“Artıq Avropa Birliyi İlqar Məmmədov və digər siyasi məhbusların azad olunması məsələsində Azərbaycan hakimiyyətinin əməkdaşlıq etmək istəməməsi durumunda ciddi sanksiyalar tətbiq etmək istəyindədir.”

Cənab Temirxan bildirib ki, "Avropa Şurası və digər qurumlar Avropa dəyərlərinin bu cür korrupsiya yolu ilə aşağılanmasını qəbul edə bilmir".

“Avropanın demokratiya, insan hüquqları kimi dəyərləri var və bu gün əgər bir diktator tərəfindən bunlar pozulursa və rüşvətə bağlanırsa, demək Avropalılar özlərinin minillik dəyərlərini itirirlər. Buna görə də Avropa buna qarşı sərt reaksiya verəcək.”

Qonşu dövlətlərin demokratik olduğu vaxtda bizim bir diktatorun əlində qalmağımız biabırçılıqdır.

Hazırda Hollandiyada yaşayan Orduxan Temirxan bildirib ki, Avropada yaşayan fəalların təşkilatlamasının səbəbi oradakı fəaliyyətlərinin genişlənməsi ilə bağlı deyil.

“Biz öz kordinasiyamızı Azərbaycan üzərində qurmaqla xalqa çatdırmaq istəyirik ki, biz öz müqəddəratımızı özümüz həll edəcəyik.”

XS
SM
MD
LG