Accessibility links

Oreqon ştatının ticarət mərkəzində silahlı hücum baş verib


Çərşənbə axşamı Oreqon ştatının Portland şəhəri yaxınlığındakı ticarət mərkəzində silahlı şəxsin atəş açaraq iki nəfəri öldürdüyü xəbər verilir. Yaralananların sayı məlum deyil. Polis hücumçunun tək olduğunu və sonradan özünü də güllə ilə vurub öldürdüyünü bildirib.

Dünən gecə ticarət mərkəzində 100-dən çox polis işçisi başqa mümkün qurbanların axtarışını həyata keçirib.

Şahidlər Klakamas şəhərinin ticarət mərkəzində atəş başlanarkən özlərini itirən alıcıların bəzilərinin küçəyə qaçdığını, bəzilərinin isə mağazaların arxasındakı otaqlarda gizləndiklərini deyib. Bəzi şahidlər 60-a qədər güllə atıldığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG