Oreqon ştatının Rozburq şəhər kollecində atışma zamanı 10 nəfər həlak olub. Yaraqlı şəxsin açdığı atəş nəticəsində 20-dən çox adam xəsarət alıb.
Yaralananlardan ikisi xəstəxanada dünyasını dəyişib.
Polisin bildirdiyinə görə, hücumçu olduğundan şübhələnilən 20 yaşlarında gənc polislə qarşıdurmadan sonra öldürülüb.
Umpqua ictimai kollecində 3 mindən artıq tələbə təhsil alır.
Polisin bildirdiyinə görə, şübhəli şəxs nəzarət altına alınıb. Hadisə yeri polis tərəfindən mühasirədədir.
Hadisənin motivi bəlli deyil.