Accessibility links

Uşaqlar üçün orqanik qidalar hazırlayan "Yumi" şirkəti [Video]


Uşaqlar üçün orqanik qidalar hazırlayan "Yumi" şirkəti
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Bazar araşdırmalarının nəticələri 2015-ci ildə Birləşmiş Ştatlarda uşaq yeməyi sənayesi 53 milyard dollar təşkil edib. Bu marketin 2050-ci ilədək 75 milyard təşkil edəcəyi gözlənilir. Lakin buna baxmayaraq, son bir neçə onillikdə uşaq yeməklərinin növü o qədər də dəyişməyib.

Pew Araşdırmalar Mərkəzinə istinadən bildirilir ki, Birləşmiş Ştatlarda evli cütlüklərin demək olar ki, yarıdan çoxu tam ştat işlərdə çalışır. Bu isə uşaqların böyüməsində çətinliklər yaradır, belə ki, valideynlərin onlara kifayət qədər vaxtı çatmır. Elə buna görə də "Yumi" kimi şirkətlər özlərinin uşaqlar üçün hazırladığı yeməkləri evlərə çatdırmaqla məşğuldur. İşləyən ana Liza Li: “Mənim ərzaq mağazasına gedib, lazım olan ərzağı almağa və onu hazırlamağa vaxtım yoxdur. Buna görə də yeməkləri evə sifariş etmək çox rahatdır. Bu mənə uşaqlarımla vaxt keçirməyə vaxt qazandırır və eyni zamanda qeyri-sağlam yeməklə bağlı narahat olmuram.”

Amma təkcə sağlam ərzağın evlərə çatdırılması diqqəti cəlb etmir, onların mətbəxi əsl fermer bazarına bənzəyir. Onlar tam orqanik qida təklif edir və şirkətin təsisçiləri məhsulun körpələr üçün qida məhsulları dünyasına unikal bir giriş olduğunu iddia edir.

"Yumi" şirkətindən Ancela Soterland: “Texnologiyada innovasiyaların mühümlüyü ondan ibarətdir ki, belə yeniliklər uzun müddət yox idi. İşaq yeməklərinin tərkibində indiyədək heç bir dəyişiklik edilməmişdi və biz belə qərara gəldik ki, uşaq yeməklərinin tərkibini insanların görə biləcəyi şəkildə dəyişməliyik.”

Şirkətlər insanların bu, tamamilə orqanik və diyetoloqların məsləhət gördüyü uşaq qidalarına daha çox pul ödəyəcəklərinə ümid edir. Araşdırmaların nəticələri orqanik qidaların uşaqlar üçün daha yaxşı olduğunu göstərib.

Digər orqanik uşaq yeməyinin bankası 1 dollar olduğu halda, “Yumi” uşaq yeməkləri şirkəti evə sifarişin məbləği də daxil edilməklə, hər banka orqanik qidanı 6-7 dollara satır. Bu yeməklər baha olsa da, “Yumi” təsisçiləri valideynləri onların istehsal etdiyi yeməklərə üstünlük verəcəklərinə ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG