Accessibility links

Orlandoda gecə klubuna hücum edən şəxsin həyat yoldaşı həbs edilib


ABŞ hüquq mühafizə orqanları Oralandoda gecə klubunda hücum həyata keçirən Ömər Mətinin həyat yoldaşının ədalətin bərpa olunmasına əngəl törətmək ittihamları ilə həbs olunduğunu bildirir.

Baş prokuror Loretta Linç Nur Salmanın San Fransisko yaxınlığında oğlu ilə birlikdə yaşadığı evində həbs edildiyini təsdiqləyib.

Orlando polisi və Feheral Təhqiqatlar Bürosu (FBI) Salmanın həyat yoldaşının planlarından xəbərdar olub-olmadığını öyrənməyə çalışır.

Nur Salman onun həyat yoldaşının 2016-cı ilin iyun ayında Orlandoda həmcinslər arasında populyar olan gecə klubunda 49 nəfərin ölümülə nəticələnmiş silahlı hücumdan sonra polis tərəfindən yaxından izlənilırdi.

Orlando polisi və Federal Təhqiqatlar Bürosu (FBI) Salmanın həyat yoldaşının planlarından xəbərdar olub-olmadığını öyrənməyə çalışır.

Hüquq-mühafizə orqanlarının rəsmiləri deyir ki, Nur Salman hücumdan öncə yoldaşı ilə birlikdə həmin gecə klubuna gedib. Onun həmçinin əri Mətin sursat alanda onun yanında olduğunu deyilir.

Daha öncə isə o, həyat yoldaşı tərəfindən fiziki təzyiqə məruz qaldığını və özəl işlərini gizli apardığını bildirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG