Accessibility links

Orqan - Qədim və mürəkkəb musiqi aləti [Video]


Orqan - Qədim və mürəkkəb musiqi aləti
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Hissələri minlərlə dollara başa gələn, bir ildən çox əmək sərf edilən, yüzlərlə detalına yüksək diqqət yetirilən musiqi aləti orqanın hazırlanması uzun vaxt və əmək tələb edir. Tennesi ştatındakı kiçik şirkətdə 30 ilə yaxındır bu möhtəşəm musiqi aləti istehsal edilir.

Bu, çox qədim və çox mürəkkəb musiqi alətidir. Biznes partnyorları Brus Fovkes və Ralf Riçards bu aləti illərdir hazırlayırlar. Brus Fovkes: “Mən uşaq olanda müəllimlərimdən biri mənim orqanın içərisinə daxil olmama icazə verdi və mən bu alətin mexanizmini gördüm. Bu məni valeh etdi.”

Ralf Riçards: “Mən və Brus orqan hazırlamağı çox sevdiyimiz üçün bu işlə məşğul oluruq. Bundan başqa nə edə bilərəm? Həmişə çox maraqlı şeylər olur.”

Ralf Riçards deyir ki, yaxşı orqan ustası olmaq üçün əla eşitmə qabiliyyəti, mühəndislik istedadı və sənətkarlıq qabiliyyəti olmalıdır. Satıcılıq bacarığı da vacibdir. “İlk iş müştəri ilə görüşməkdir.”

Daha sonra orqanın yerləşdiriləcəyi yeri yoxlamaq və xüsusi proqram vasitəsilə həmin yeri dizayn etməkdir. Qalan işlər isə əl işləridir. Sənətkar Din Vilson: “Biz qalay və qurğuşunu qablara qoyub, 800 dərəcə temperaturda əridirik. Sonra isə əridilmiş mayeni xüsusi qablara tökürük.”

Əridilmiş isti metal nazik lövhə şəklinə salınmaq üçün xüsusi masanın üzərinə tökülür, kəsilir və boru formasına salınır. Daha çox qalay səsi daha güclü, daha çox qurğuşun isə səsi daha zəif edir. Borular hazır olduqdan sonra Brus boruların “səsləndirmə” adlanan səs tonu üzərində işləyir. “Beləliklə, mən səsin güclü olması üçün bu pedalı açır, zəif olması üçün bu pedalı bağlayıram.”

Belə bir mürəkkəb aləti hazırlayarkən hər bir kiçik detal vacibdir. Hətta ağacın növü bu alətin keyfiyyətinə təsir edir. Böyük kilsə orqanı bir yana, ən kiçik və yaxşı səslənən orqan hazırlanması belə uzun zaman və ağır əmək tələb edir. “Kilsə orqanının 10 min borusu olduğu halda, kiçik orqanın minə qədər borusu olur."

Hər bir orqanın hazırlanmasına bir ildən çox vaxt, səsin yoxlanmasına isə bir neçə ay tələb olunur. Beləliklə, on illərdir bu musiqi alətini hazırlayan Ralf və Brus cəmi 24 orqan düzəldib. Hər bir orqanın düzəlməsinə isə bir milyon dollardan artıq pul tələb olunur.

XS
SM
MD
LG