Accessibility links

Orta yaşlı amerikalılar arasında işsizlik niyə artır


Bu gün Amerikada orta yaşlarında işçi qüvvəsinin sayı 1960-cı illərlə müqayisədə xeyli azalıb. Bu ali savadı olmayanların marketində ciddi eniş hesab edilir.

1969-cu ildə 25-lə 54 yaşlar arasında işləyən kişilər əmək bazarında 96 faiz təşkil edirdi. 2015-ci ildə bu göstərici 89 faizə enib.

ABŞ-ın Əmək Statistikası Bürosu 1960-1964 və 1980-1984 illər arasında doğulanların iştirakı ilə sorğu keçirib.

Bu iki qrup arasında işləməyənlər eyni göstəricilərə malik olub. Onlar daha çox evil olmayan və valideynləri ilə yaşayanlardır.

İşləməyənlərin 3-də 2 hissəsini qaradərililər təşkil edib.

Lakin bu tendensiya qadınlar arasında da müşahidə edilib. 1960-cı illərdən bəri qadın işçi qüvvəsi yüksəlsə də, sonradan azalmağa başlayıb.

Sorğular ali təhsilə malik olmayan qadınların orta yaşlarda daha az işə meyilli olduqlarını göstərib. Bu isə ABŞ-da istehlakçı sektorunun kiçilməsi ilə işçilərə dəyən zərbə ilə izah edilir.

İş marketlərində təhsilsiz insanların sayı azalmaqdadır. Onlar atalarının qazandığı vəsaiti əldə etməkdə çətinlik çəkirlər.

Ekspertlər hesab edir ki, insanların həbsə düşməsi hallarının artması da buna xidmət edir.

Sorğunun ilk qrupunda (1960-1961) iştirak edənlərin 24 faizi (hər 4 nəfərdən 1-i) həbsdə olduqları üçün işləmədiklərini bildirib.

Araşdırmaçılar epidemik hal alan opioidlərdən istifadə edilməsini də faktor kimi irəli sürüb.

Belə ki, hər gün ABŞ-da 130-dan çox adam opioiddən dünyasını dəyişir. 2016-cı ildə yüksək doza səbəbindən 42 min insan həyatını itirib.

Problemin aradan qaldırılması üçün gənc nəslin marketlərdə peşəyə sahib olması üçün daha yaxşı təhsil alması, yaşlı nəslin isə qısamüddətli perspektivdə peşələrə yiyələnməsi tövsiyə edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG