Accessibility links

Hollivud ulduzları Oscar mərasiminə qatılır


Bazar günü, fevralın 9-da Hollivud ulduzları Oscar mərasiminə qatılır.

Bu ilin ən yaşı filmi kateqoriyasına bir neçə film nominasiya edilib. Deyilənlərə görə, ötən bir neçə həftə ərzində bir sıra mükafat qazanan“1917” filmi qələbə qazana bilər.

Mükafata digər güclü namizəd filmlər arasında Cənubi Koreyanın “Parazit” və Kuentin Tarantinonun "Bir dəfə Hollivudda" filmi yer alır.

“Coker” filmi də 11 nominasiya ilə öndə gedən filmlər arasındadır.

Ən yaxşı aktyor adına Hiakin Feniks layiq görülə bilər.

Ən yaxşı kino-rejissor siyahısında Sam Mendes ("1917"), Martin Skorses (İrlandiyalı kişi”) Todd Fillips (“Coker”) Kuentin Tarantino ("Bir dəfə Hollivudda") və Bonq Cun Ho (“Parazit”) kimi kişilər yer alır.

Rene Zellvegerin “Cudi” filmində ifa etdiyi baş rola görə ən yaxşı aktrisa adına layiq görüləcəyi gözlənilir.

Rene Zellveger
Rene Zellveger

Los Ancelesin Dolbi teatrından yayımlanacaq mərasimin artıq ikinci ildir aparıcı yoxdur.

Mükafatı təqdim edənlər arasında Ton Henks, Ceyn Fonda və Dayan Keton kimi ulduzlar olacaq.

Oscar gecəsində Elton Con, İdina Menzel, Rendi Nyumen, Kriss Metz və Erivonun canlı çıxışları olacaq.

XS
SM
MD
LG