Accessibility links

Oskar mükafatları təqdim edildi


Bazar günü keçirilən Oskar mükafatlarının təqdimatı mərasimində Hollivud filmləri arasında “Suyun forması” ("The Shape of Water") filmi müxtəlif kateqoriyalar üzrə Amerika Kino Akademiyasının ən çox mükafatını qazanıb.

Filimin rejissoru Gillermo del Toqo da daxil edilməklə, dramjanrında çəkilmiş bu möhtəşəm film dörd Oskar alıb.

“Missuri ştatı, Ebbinq kənarında 3 bilbord” (“Three Billboards Outside Ebbing, Missouri” ) filmində qızının qatilini tapa bilmədiyi üçün polisə qəzəbli Mildrid ana rolunu oynayan aktrisa Frensis MakDormand ən yaxşı qadın rolunun ifaçısı kimi Oskara layiq görülüb.

Filmdə polislərindən birinin rolunu oynayan Sam Rockvil isə ən yaxşı tərəfmüqabil kateqoriyasında Oskar mükafatını qazanıb.

Ən yaşı kişi rolunun ifaçısı kateqoriyasında isə Oskar mükafatını “Qaranlıq zamanlar” ("Darkest hour") filmində II Dünya Müharibəsi zamanı İngiltərənin baş naziri Uinston Çorçil roluna görə aktyor Qari Oldman alıb.

Aktrisa Alison Ceyni ən yaxşı qadın tərəfmüqabil kateqoriyasında amerikalı fiqurlu konkisürən Tonya Hardinqin həyatından danışan "Mən Tonyayam” (“I, Tonya”) filmindəki roluna görə Oskar mükafatına layıq görülüb.

Ən yaxşı orijinal ssenari kateqoriyasında Oskar “Rədd ol” (“Get Out “) filminə görə Cordan Pilə verilib. O həm də filmə görə ən yaxşı rejissor kateqoriyasından da Oskara nominasiya edilmişdi.

Ən yaxşı cizgi filmi kateqoriyasında Oskara ailəsinin etirazlarına rağmən musiqiçi olmaq istəyən meksikalı oğlandan bəhs edən “Coco” alıb.

Ən yaxşı xarici filmlər kateqoriyasında isə sevgilisini öləndən sonra onun ailəsinin rəğbətini qazanmağa çalışan transgender qadının həyatı haqda “Möhtəşəm qadın” (“A Fantastic Woman” ) filmi layıq görülüb.

XS
SM
MD
LG