Oskar mükafatlarının təqdimat mərasiminin keçirilməsinə az vaxt qalıb. Dünya boyu təxminən 1 milyard insanın ulduzların qatıldığı mərasimi izləyəcəyi gözlənilir. Oskar mükafatının 24 nominasiya kateqoriyasından dördü olan ən yaxşı rejissor, ən yaxşı film, ən yaxşı aktyor və ən yaxşı aktrisa nominasiyası sensasionaldır.
Kosmosda iki astronavtın apardığı mübarizədən bəhs edən filmin rejissoru Alfonso Kuaron Qravitasiya filmini 3-D texnologiyası ilə çəkib. Filmin ardıcıllığı izləyicilərin fikirinin yayınmasına bir an belə imkan vermir.
Astronavt Rayan Stonun obrazını canlandıran Sandra Bullok kosmosda daimi mübarizəsi ilə tamaşaçılarda sonsuz həyacan yaradır.
Bu film 10 Oskar mükafatına nominasiya edilib. CGI texnologiyasının köməyi ilə Qravitasiya filmi IMAX effekti təsəvvürü yaradır.
“Gördüyünüz hər bir fiziki hərəkət böyük sistemə qoşulmuş qutunun içərisində baş verir və ya uçmaq, hərəkət etməyim üçün 12 tel qurğuya qoşulub.”
Alfonso Kuaron filmin rejissorudur: “Çəkilişlər aktyorlar üçün cəhənnəm əzabı idi.”
Alfonso Kuaron film üzərində dörd il yarım işləyib. O, ən yaxşı rejissor kateqoriyasında mükafata ən real namizəddir. Amma film dialoqunun zəif olmasına görə ən yaxşı film kateqoriyasında Oskar mükafatınının qalibi olmaya bilər.
Ən yaxşı film kateqoriyasında Oskar mükafatına daha real namizəd rejissor Stiv Makquinin epik “12 İl Köləlikdə” bədii filmidir. Gerçək hadisələrə əsaslanmış film 19-cu əsrdə azad Solomon Nortupun həyatından bəhs edir. Bu film tamaşaçıya Solomonun üzləşdiyi istirabları yaşamaq imkanı verir.
Ən yaxşı aktyor nominantı Civatel Eciofor səbirli olarsa, azadlığa çıxdıqdan sonra şanslı olacağına inanan Solomon rolunu ifa edir. Amma onun Oskar qalibi ola bilməməsi üçün rəqibləri var.
1985-ci ildə HİV virusuna yoluxmuş texaslı homofob montyor rolunu ifa edən Metyu Makkonahey onun mükafat uğrunda yarışda bir nömrəli rəqibidir.
Makkonahey rolu ifa etmək üçün 18 kiloqram arıqlayıb. Fiziki dəyişikliklə yanaşı o, Vudronun emosional xarakterini də yaratmalı olub.
Aktyor Metyu Makkonahey: “Fərqli yollarla hiddət nümayiş etdirməli idim. Ona görə ki, obraz çox hiddətlidir. Insanı hiddət hərəkətə gətirir”
Keyt Blanşett ən yaxşı aktrisa kateqoriyasında öndə gedir. Onun Vuddi Alenin “Jasmin” filmində ifası həyacan doğurur. Zəngin bankir əri dələduzluq ittihamı ilə həbs edildikdən sonra, hər şeydən məhrum olan Jasmin San Fransiskoda yaşıyan yoxsul bacısının yanına köçməli olur.
Film mükafat alsa, bu Blanşettin ikinci Oskarı olacaq.