Accessibility links

Oskara nominantlar - Qadın və azlıqlar [Video]


Oskara nominantlar - Qadın və azlıqlar
please wait

No media source currently available

0:00 0:02:39 0:00

90-cı Oskar Mükafatı Mərasimində 2017-ci ilin ən yaxşı filmləri 24 kateqoriyada təqdim ediləcək. “Ağ Oskar”, “Qaraların həyatı“ və “MeToo” kimi hərəkatlar azlıqlar və qadınlar olmaqla, təqdimata səs verənlərin sayını artırıb.

Keçən il Afro-Amerika romantic filmi "Moonlight" – “Ay işığı” və musiqili “La La Land” filmlərinin Oskar mükafatına layıq görülməsi gözlənilməz bir sıçrayış oldu.

Corc Meyson universitetindən Covanna Çestlerin dediyinə görə, irqi ayrı-seçkilik və gender mövzusu tendensiyası bu il də davam edəcək. “Akademiyanın illər ərzində gördüyü işlərdən biri, daha fərqli aktyorlar, ifaçılar və ssenaristlər arasında azlıqların artırılması və onları 7 min üzvü olan Oskarın səsverənləri arasında alqışlamasıdır".

Nəticədə builki nominantlar arasında Dee Reesin kimi afrika-amerika mövzusundakı filmi yer alır. Bu, II Dünya Müharibəsində iştirak edən bir afro-amerikalı pilot haqqındakı "Mudbound" - "Dəhşət" filmidir. “Dee Reesin “Dəhşət” filmi Oskara ssenarisi, aktyor oyunu və kinematoqrafiya sahəsində nominasiya edilib. 90 ildə İlk dəfə qadın kinematoqraf kimi Reyçel Morrison nominasiya əldə edib" deyə, Covanna Çestler bildirir.

Digər film isə Cordan Pillisin ağdərililərə üstünlük verdiyi “Get out” – “Rədd ol” qorxulu komediya filmidir. Burada “MeToo” hərəkatının təsirlərini görmək olar. Covanna Çestler: “MeToo” – “Mən də” və “Time'sUp” – “Zaman doldu” kimi hərəkatlar bir çox şeyin üstünü açdı. Filmlər bunun təsiri nəticəsində nominasiya almış ola bilər. Onların yarısı qadın obrazlarıdır. Qadınların aparıcı rolları filmin istiqamətinə böyük təsir göstərir.”

Onlardan biri də aktrisa, ssenarist və rejissor Qreta Gervinqin “Lady Bird” filmidir. Ana ilə qızının antoqanist münasibətlərindən danışan bu film Oskara 5 kateqoriya üzrə nominasiya edilib.

Qara yumorlu "Three Billboards Outside Ebbing Missouri" – “Ebbinq Missuri kənarında 3 bilbord” filmində Frensis MakDormand qızının qatilini tapa bilmədiyi üçün polisə qəzəbli olan ana Mildrid rolunu oynayır.

Builki Oskar nominasiyasına homoseksual və gender məsələlərinə toxunan "Call Me by Your Name" - “Məni öz adınla çağır” və eynicinsli iki qadın haqda danışan "A Fantastic Woman" – “Möhtəşəm qadın” filmləri də daxil edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG