Accessibility links

Oskar Pistorius zaminə buraxılıb


South Africa Pistorius
South Africa Pistorius

Cənubi Afrikalı hakim iki dəfə amputasiya olunmuş idmançı Oskar Pistoriusu pul ödənilməsi qarşılığında zaminə buraxıb. Ötən həftə apellyasiya məhkəməsi onu qətl törətməkdə müqəssir tanıyıb.

Olimpiya çempionunun çərşənbə axşamı keçirillən məhkəmə prosesində Pistorius 2013-cü ildə sevgilisi Riva Stinkampın güllələnərək öldürülməsi ilə bağlı yeni hökmü gözləyənədək ev dustağı kimi qalmağa davam edib-etməcəyi ilə bağlı qərarı gözləyirdi .

Onun vəkili Pistoriusun işini Cənubi Afrikanının Konstitusiya Məhkəməsinə göndərəcəyini bildirib.

Apellyasiya məhkəməsi keçən həftə Pistoriusun qəsdən törədilmiş qətldə müqəssir olduğu haqda hökmü ləğv edib. Hakim bildirib ki, Pistorius ehtimal etdiyi oğrunu güllədiyini fikirləşməsi və ya güllə açdığı adamın sevgilisi olduğunu bilməsindən asılı olmayaraq, o bunun nəticəsində həmin adamın ölə biləcəyini bilməli idi.

Qətl hökmü azı 15 illik həbsə bərabərdir.

Pistorius bir il həbsdən sonra oktyabr ayında azadlğa buraxılıb. Cənubi Afrika qanunlarına əsasən, o, beş illik həbs cəzasının 4 ilini ev dustaqlığında keçirəcəkdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG