Accessibility links

ABŞ-a keçməyə cəhd edən salvadorlu miqrantla qızı dəfn edilib


Meksikadan ABŞ-a keçməyə cəhd edən salvadorlu miqrantla qızının dəfn mərasiminə 200-dən çox insan toplaşıb. Oskar Martinez və 23 aylıq Valeria San Salvador şəhərində torpağa tapşırılıb.

Rio Qrante çayının sahilində cəsədlərini nümayiş etdirən şəkil gözyaşları və qəzəbə səbəb olub. Bu ölkədə insanlar yoxsulluq səbəbi ilə ölkəni tərk etməyə çalışır.

Yerli sakin Viktor Manuel Rivera San Martinin dediyinə görə, ən böyük problem işsizlikdir. O, hökuməti bu kimi faciələrə yol verilməməsi üçün iş imkanları yaratmağa çağırıb.

Şəkil siyasətçilər də daxil edilməklə, bir çoxlarının qəzəbinə yol açıb.

ABŞ prezidenti şəklə münasibət bildirərkən deyib ki, bu, ikrah doğurur. Lakin o, demokratları mühacirət siyasətini dəyişməməkdə günahlandırıb. O bu siyasətin miqrantları təşviq etdiyini bildirib.

Senatda azlıq lideri Çak Şumer deyib ki, prezident bu şəklə necə baxa bilib.

"Prezident başa düşmür ki, insanlar zorakılıq və təqibərdən qaçır? Əgər bizim kifayət qədər liman işçilərimiz, sığınacaq hakimlərimiz və ya sığınacaq qanunlarımız olsa idi, onlar ölməzdi'' - deyə, Şumer qəzəbini ifadə edib.

Prezidentliyə namizəd Berni Sanders Facebook-da yazıb: "Bu, dəhşətdir. Trampın siyasəti sığınacaq imkanını daha da çətinləşdirir. Ailələrin dağılması qeyri-insani, qəddarcasına faciələrə yol açır. Ölümlərin qarşısını almalıyıq. Mühaciət sistemimizdə humanizmi bərpa etməliyik.''

Senatın Daxili Təhlükəsizlik Komitəsinin sədri, respublikaçı senator Ron Conson deyib ki, bu foto Konqresi işə başlamağa vadar edir.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə deyib ki, "vicdanımız qarşısında cavabdehik". "Ümid edirəm ki, bu, şkalanı yüksəldəcək'' - deyə, o əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG