Accessibility links

Oslodakı məsciddə baş verən atışma terror aktı kimi araşdırılır


Norveç polisi şənbə günü Oslodakı məsciddə baş verən atışmanı terror aktı kimi araşdırır.

Əl-Nur İslam mərkəzində baş verən atışma nəticəsində bir nəfər xəsarət alıb.

Polisin məlumatına görə, adı çəkilməyən şübhəli şəxs ultra-sağçı və miqrantlara qarşıdır.

Onun 21 yaşı var və hazırda həbsdədir.

Məscidin direktoru İrfan Muştaqın TV2-yə verdiyi məlumata görə, atışmada yaralanan şəxs icmanın 75 yaşlı üzvü olub.

“Şübhəli şəxsin əlində ov tüfənginə bənzər iki silah və tapança olub. O, şüşə qapıdan daxil olaraq, atəş açmağa başlayıb," Muştaq bildirib.

O əlavə edib ki, bədən zirehi geyinmiş silahlı şəxs polis gəlmədən öncə məscidin üzvləri tərəfindən zərərsizləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG