Accessibility links

ABŞ-ın Müdafiə naziri Asiyaya yola düşüb


ABŞ-ın Müdafiə naziri Lloyd Ostin şənbə günü amerikalı müttəfiqləri ilə hərbi əməkdaşlığı inkişaf etdirmək və Çinə qarşı "inandırıcı cəsarət" yaratmaq üçün Asiyaya səfər etdiyini bildirib.

O, Pentaqon başçısı kimi ilk xarici səfərləri olan Hindistan-Sakit okean bölgəsindəki Amerika hərbi komandanlığının kürsüsü olan Havaydan başlayıb.

"Hər şey müttəfiqlik və ortaqlıqdan ibarətdir" - deyə, Tokio, Yeni Dehli və Seul da daxil olan səfərinə yola düşərkən zamanı jurnalistlərə bildirib.

Ostin Tokio və Seulda ABŞ dövlət katibi Entoni Blinkenlə bir araya gələcək.

Pentaqonun dediyinə görə, Ostinin məqsədi yüksək səviyyəli rəsmilərlə “beynəlxalq müdafiə əlaqələrinin əhəmiyyətini müzakirə etmək və Birləşmiş Ştatların beynəlxalq qaydalara və qanunlara uyğun olaraq Hindistan-Sakit Okeanı regionunda öhdəliklərinə sadiq qaldıqlarını nümayiş etdirməkdir.”

Blinken və Ostin Tokioda yapon həmkarları, Xarici İşlər Naziri Toşimitsu Motegi və Müdafiə Naziri Nobyo Kisinin ev sahibliyi edəcəyi təhlükəsizlik iclasında iştirak edəcək. Onlar ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə görüşərək, “ikitərəfli və qlobal məsələləri” müzakirə edəcəklər.

Blinken ayrıca iki ölkə arasındakı iqtisadi əlaqələri və “COVID-19-un iqtisadi təsirlərini müzakirə etmək üçün Yaponiyanın iş adamları ilə də görüşəcək.

Yaponiyada iki gün qaldıqdan sonra Blinken və Ostin Cənubi Koreyanın Seul şəhərinə yola düşəcək və “ikitərəfli və qlobal əhəmiyyət kəsb edən məsələləri” müzakirə etmək üçün ölkənin Xarici İşlər Naziri Çanq In Yonq, Müdafiə Naziri Suh Vuk və digər yüksək səviyyəli rəsmilərlə bir araya gələcək.

XS
SM
MD
LG