Accessibility links

Şimali Koreyadan koma vəziyyətində qaytarılan amerikalı tələbə dünyasını dəyişib


Şimali Koreyada 17 ay həbsdə olduqdan sonra keçən həftə koma vəziyyətində ABŞ-a qaytarılan amerikalı tələbə Otto Varmbiyer Sinsinnatti xəstəxanasında dünyasını dəyişib. Bu haqda onun ailəsinin açıqladığı bəyanatda bildirilir.

“Təəssüf ki, oğlumuzun Şimali Koreyada aldığı dəhşətli dərəcədə qəddar rəftar bizim bu gün gördüyümüz nəticədən başqa heç bir şeylə nəticələnə bilməzdi”, Otto Varmbiyerin ailəsinin bəyanatında bildirilir.

Həkimlər Otto Varmbiyeri Sinsinnatti xəstəxənasına aparmaq üçün onun gətirildiyi yük təyyarəsinə qalxan zaman
Həkimlər Otto Varmbiyeri Sinsinnatti xəstəxənasına aparmaq üçün onun gətirildiyi yük təyyarəsinə qalxan zaman

Varmbiyerin Ohayo ştatının Sinsinnatti tibb mərkəzində yerli vaxtla saat 2:20-də dünyasını dəyişdiyi bildirilir.

Həkimlər 22 yaşlı Varmbiyerin Şimali Koreyada olduğu müddətdə ciddi beyin zədəsi aldığını bildirib. Lakin həkimlər buna nəyin səbəb olduğunu aydınlaşdıra bilməyib.

Otto Varmbiyer 2016-cı ildə Şimali Koreyada təbliğat posterini oğurlamaq cəhdi ilə əlaqədar 15 illik həbsə məhkum edilmişdi.

ABŞ dövlət katibi Reks Tillerson iyunun 13-də onun azad edilməsi ilə bağlı bəyanatla çıxış etmişdi.

ABŞ mediası onun vətənə koma vəziyyətində tibbi təxliyyə edildiyi haqda məlumat vermişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG