Accessibility links

OVD-İnfo: Rusiyanın 15 şəhərində müharibə əleyhinə keçirilən aksiyalarda 200-ə yaxın adam saxlanılıb


OVD-İnfo xəbər verir ki, Rusiyanın 15 şəhərində təhlükəsizlik qüvvələri azı 198 müharibə əleyhinə aksiya iştirakçısını saxlayıb.

İnsan haqları təşkilatının məlumatına görə, artıq Moskvada azı 78 nəfər saxlanılıb. “The Village” xəbər verir ki, kütləvi həbslər Kremlin yanında yerləşən Zaryadye parkında baş verib.

Qəzetdə bildirilir ki, “Təhlükəsizlik qüvvələri hətta meydanda elə-blə dayananları da saxlayıb.”

Telegramda Avtozak LIVE kanalı yazıb ki, Zaryadye parkında saxlanılanlar arasında ağ gəlinlik paltarında olan bir qız da olub.

Avtozak LIVE həmçinin xəbər verir ki, Puşkin meydanında başının üzərində Miratorq şirkətinə məxsus soyuq yemək paketi ilə dayanmış bir şəxsi saxlayıblar. Paketin üzərindəki sözün yarısı silinmişdi.

Bundan əlavə Moskvada üzərində “NO WAR” yazılan plakatı tutan bir kişi də güc tətbiq edilərək saxlanılıb. Təhlükəsizlik qüvvələrinin dörd işçisi birinci onun əlindən plakatı alıblar, daha sonra isə qolunu sındırıblar. Həmin kişi saxlanıldığı zaman “Belə etmək olmaz” deyib.

Sankt Peterburqa şəhərində də qanunvericilik binasının yaxınlığında kütləvi həbslər həyata keçirilir. İndiyə qədər olan məlumata görə, 71 nəfər saxlanılıb.

SOTA bildirir ki, “İnsanların nə üçün saxlanıldıqlarını anlamaq mümkün deyil.”

Təhlükəsizlik qüvvələri həmçinin oturub Müqəddəs İsaak kafedralını çəkən iki rəssamı saxlayıblar.

Sankt Peterburqda saxlanılanlar arasında Avtozak LIVE-ın müxbiri Angelina Trofimenko və “Zaks.ru” nəşrinin müxbiri Andrey Okun var.

İsayev meydanında gələcək övladlarının cinsini öyrənmək üçün keçirilən tədbirin iki iştirakçısı saxlanılıb.

Bundan öcnə Sankt-Peterburqda “Vesna” hərəkatının fəalı Lina Barabaş da saxlanılıb. O, özünü üzərində qırmızı boya ilə “Müharibə əleyhinə” yazılan Ukrayna bayrağı ilə hərbi xəstəxananın darvazasına bağlamışdı.

Barabaşın aksiyasını SOTA-nın jurnalisti Viktoriya Arefyeva çəkib. SOTA-nın məlumata görə, Arefyeva və onun həmkarı Konstantin Lenkovun üzərinə kursantlar hücum edib, onları yerə yıxıb və şəxsi əşyalarını əllərindən alıb. Şəxsi əşyalarını jurnalistlərə polis gələndən sonra qaytarıblar.

OVD-İnfo-nun məlumatına görə, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən bəri Rusiyada müharibə əleyhinə keçirilən aksiyalarda 15 mindən çox insan saxlanılıb. Son həftələrdə aksiyaların miqyası müharibə başladığı zamanla müqayisədə daha kiçik olub.

XS
SM
MD
LG