Accessibility links

Oxotsk dənizində Rusiyanın neft platforması batıb


Oxotsk dənizində Rusiyanın neft platforması batıb
Oxotsk dənizində Rusiyanın neft platforması batıb

Oxotsk dənizində Rusiyanın neft platformasının batması nəticəsində 4 adam həlak olub. Rusiyanın Nəqliyyat Nazirliyinin bildirdiyinə görə, Saxalin adasından 200 km-lik məsafədə yerləşən platformada olan 67 adamdan 14-ü buzqıran gəmi ilə xilas edilib.

Suyun temperaturu aşağı olduğuna görə xilasetmə əməliyyatı dayandırılıb.

Rusiya prezidenti Dmitri Medvedev hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Nəhəng platforma Kamçatka adasından Saxalinə istiqamət almışdı.

XS
SM
MD
LG