Accessibility links

Türkiyənin Ədirnə tankerində Azərbaycan vətəndaşı həlak olub


Türkiyənin Ədirnə tankerində Azərbaycan vətəndaşı həlak olub
Türkiyənin Ədirnə tankerində Azərbaycan vətəndaşı həlak olub

Gəminin göyərtəsində üç Azərbaycan, üç Türkiyə, altı Gürcüstan və iki Ukrayna vətəndaşı olub.

Yanvarın 15-də Albaniyanın Durres limanında Türkiyəyə məxsus “Ədirnə” tankerində baş vermiş partlayış nəticəsində içərisində Azərbaycan vətəndaşlarının da olduğu gəmi batıb.
Türkiyə mediasının məlumatına görə, gəminin göyərtəsində üç Azərbaycan, üç Türkiyə vətəndaşı, altı gürcü və iki ukraynalı olub.
Gəminin kapitanı Azərbaycan vətəndaşı Xəyyam Məmmədov, Gürcüstan vətəndaşları Melkaz Lazişvili (bosman) və Beka Uruşadze (matros) həlak olub.
"Ədirnə" tankeri Adriatik dənizində Albaniyanın Durres limanından 3 mil aralıda batıb. Tanker Durresdə 3000 tondan çox yanacaq yükləyib.
Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib ki,
Albaniya sahillərində batmış Türkiyənin "Ədirnə" gəmisindəki digər üç Azərbaycan vətəndaşının vəziyyəti normaldır.

XS
SM
MD
LG