Accessibility links

Öz-özünə təmir oluna bilən şüşə [Video]


Öz-özünə təmir oluna bilən şüşə
please wait

No media source currently available

0:00 0:01:32 0:00

Telefonun ekranının sınmasının qarşısını alan böyük aksesuarlar sektoru mövcuddur. Amma telefonların xarab olmasının elə ən böyük səbəbi də ekranların sınmasıdır. İndi isə belə görünür ki, yaponiyalı bir alim bu problemə çarə tapıb.

Tokiolu tədqiqatçı sınıq telefon ekranlarını aradan qaldırmaq istəyir.

Yumşaq əşyaları təmir etmək asandır, amma bir şey nə qədər bərk, qeyri-çevik və möhkəm olarsa, özü-özünə düzəlmək xüsusiyyəti aradan qalxır. Ona görə də, mən balans nöqtəsi tapmalı idim
Yu Yanagisava

O, istilik tətbiq olunmadan və dəyişiklik edilmədən öz-özünə düzələ bilən şüşə üzərində işləyir.

O bunun çarəsini elastik ama möhkəm şüşə hazırlamaqda görür.

“Yumşaq əşyaları təmir etmək asandır, amma bir şey nə qədər bərk, qeyri-çevik və möhkəm olarsa, özü-özünə düzəlmək xüsusiyyəti aradan qalxır. Ona görə də, mən balans nöqtəsi tapmalı idim,” deyə Tokio Universitetindən Yu Yanagisava bildirir.

Xüsusi polimerlər şüşəni daha yumşaq və yapışqan edir.

Amma hazırda onun ixtirası kiçik çatları düzəltməyə yönəlib. Yəni əgər telefonunuzun ekranı parçalansa, o öz-özünə düzəlməyəcək.

Yanagisavanın dediyinə görə, o düşünür ki, onun hazırladığı şüşə maşınların pəncərələrindəki kiçik çatları təmir edə bilər.

“Eyni prinsip gözlə görünməyən çatlara da tətbiq oluna bilər. Məsələn götürək yüksək sürəlti qatarda yaranan problemləri. Adətən böyük zərərlərə kiçik problemlərin artması səbəb olur. Amma əgər bu kiçik çatlar və problemlər olmasa, əşyaların ömrü uzun ola bilər”, o deyir.

Telefonların xarab olmasının əsas səbəbi ekranların sınmasıdır, bu ekranları dəyişmək isə yüzlərlə dollara başa gəlir.

XS
SM
MD
LG