Accessibility links

Özbəkistanda qəzet redaktoru 6 il həbs cəzasına məhkum edildi


Özbəkistanda qəzet redaktoru 6 il həbs cəzasına məhkum edildi
Özbəkistanda qəzet redaktoru 6 il həbs cəzasına məhkum edildi

Sərhədsiz Reportyorlar təşkilatı bildirir ki, Həmidov gündəlik problemlərin müzakirəsinə həsr edilən radio proqramının aparıcısı idi və dinləyicilərə İslam dəyərlərinə uyğun məsləhətlər verirdi

Özbəkistanda məhkəmə məşhur idman jurnalistini qadağan edilmiş İslam təşkilatına mənsub olduğuna görə 6 il həbs cəzasına məhkum edib. Gülbahar qəsəbəsində keçirilən məhkəmədə qeyir-qanuni təşkilata üzvlükdə ittiham olunan 18 başqa adam həbs cəzalarına məhkum ediliblər. “Çempion” adlı qəzetin redaktoru Xeyrulla Həmidov yanvar ayında saxlanılmışdı. Sərhədsiz Reportyorlar təşkilatı bildirir ki, Həmidov gündəlik problemlərin müzakirəsinə həsr edilən radio proqramının aparıcısı idi və dinləyicilərə İslam dəyərlərinə uyğun məsləhətlər verirdi. Media hüquqları qrupunun sözlərinə görə jurnalist heç vaxt zorakılığa və qiyama çağırışlarla çıxış etməyib və özü ilə cinayətkar kimi rəftara əsas verməyib. İnsan haqları qrupları Özbəkistanı mətbuat azadlığının ən sərt boğucularından biri kimi qiymətləndirir.

XS
SM
MD
LG