Accessibility links

Özilin PES oyunundakı profili ləğv olundu


"Arsenal"ın futbolçusu Məsut Özilin uyğur müsəlmanları ilə bağlı verdiyi açıqlamalarından sonra onun adı Konaminin Çindəki eFootball Pro Evolution Soccer (PES) 2020 kompüter oyunundan çıxarılıb.

PES idman oyununu Çin üçün hazırlayan NetEase şirkəti çərşənbə günü təsdiqləyib ki, Özilin PES 2020 mobil flaqman da daxil olmaqla, hər üç yerdən profili ləğv edilib.

NetEase Weibo-ya verdiyi açıqlamada bildirib ki, almaniyalı oyunçu Özil sosial mediada Çinlə bağlı ekstrimal bir bəyanat yayıb. Onun sözlərinə görə, onun fikirləri çinli azarkeşlərin hissləri ilə oynayıb və idmanla sevgi ruhuna xələl gətirib. NetEase bəyanatını belə bitirib: “Bunu başa düşmürük, qəbul etmirik və bağışlamırıq."

Türk əsilli almaniyalı futbolçu Özil keçən həftə sosial mediada uyğurları "zülmlərə qarşı çıxan döyüşçülər" adlandıran fikirlər paylaşıb və Çinin təzyiqinə baxmayaraq, müsəlmanların susmasını tənqid edib.

Çinin Xarici İşlər Nazirliyi Özilin "saxta xəbərlərə aldandığını", Weibo kimi ölkədəki sosial media platformalarının qərəzli mesajlarla dolu olduğunu söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG