Accessibility links

Uşaqların sevimli Paddinqton Ayı obrazını yaradan Britaniya yazıçısı Maykl Bond 91 yaşında vəfat edib.

Yazıçının naşiri onun qısa sürən xəstəlikdən sonra çərşənbə axşamı Londondakı evində vəfat etdiyini deyib.

Bond London mağazasında ayı oyuncağını gördükdən sonra 1956-cı ildə Paddinqton obrazını yaradır.

Hekayənin ilk sərgüzəşti üzərində “Xahiş edirik bu ayının qayğısına qalın. Sağ olun” sözləri yazılmış naməlum ayının Londonun Paddinqton Qatar stansiyasında oturması ilə başlayır.

Kitabın birinci çıxışında sevimli ayı və onun ticarət markası olan yağış papağı, plaşı və çantası 35 milyon kitabın 40 fərqli dildə tərcümə edilərək satılmasına səbəb oldu, kinosu çəkildi və televiziyada izlənildi.

Bu yaxınlarda Paddinqton filminin yeni versiyası çəkilməyə başlayıb.

Bond bir dəfə demişdir ki, Paddinqton həssas olması ilə uşaqları özünə cəlb edir.

XS
SM
MD
LG