Accessibility links

Stefen Paddok kimdir?


Las-Veqas polisinin bildirdiyinə görə, Stefen Paddok Nevadanın Mekit şəhərində yaşayıb.

O, açıq havada keçirilən konsertə toplaşmış 22 min adamı güllə-barana tutub. İndiyədək 58 adam həyatını itirib. Hücumçu polisin gəlişindən öncə özünü öldürməyə nail olub.

Madalay mehmanxanasındakı nömrədə 10 silah aşkar edilib. Polis onun mehmanxanada ötən cümə axşamı günündən qaldığını bildirib.

Paddok kriminal keçmişə malik olmayıb. Polis onun hər hansısa beynəlxalq terror qrupu ilə əlaqəsinin aşkar edilmədiyini bildirib.

Hücumçunun qardaşı Erik Paddok onun belə bir hərəkətə yol verməsinə heç bir əsas görmədiyini deyərək, qardaşının yalnız videoda poker oynadığını, kruiz səyahətləri etdiyini bildirib.

Paddokun dini və ya siyasi bağlılığı olmadığı deyilir.

Təqaüddə olan Paddok haqda qonşuları onun sevgilisi ilə birgə yaşadığını və köntöy xasiyyətə malik olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG