Accessibility links

Cənubi Koreyanın impiç edilmiş sabiq prezidenti həbsə məhkum edilib


Pak Guen-hye 24 il müddətinə azadlıqdan məhrum edilib

Cənubi Koreyanın impiç edilmiş sabiq prezidenti həbsə məhkum edilib.

Vəzifəsindən sui-istifadə, məcburiyyət və rüşvət ittihamları ilə üzləşən Pak Guen-hye 24 il müddətinə azadlıqdan məhrum edilib.

Televiziya ilə nümayiş etdirilən məhkəmə prosesinin son günü qərarı baş hakim Kim Se-Yun elan edib. Sabiq prezident 17 milyon dollar məvləğində cərimə də ödəməlidir.

Pak məhkəmədə iştirak etməyib. Onun müdafiəçiləri məhkəmənin canlı yayımının onun gələcəkdə apellyasiya şikayətinə ədalətli baxılacağını sual altına aldığını bildirib.

Hakim isə deyib ki, demokratik cəmiyyətlərdə insanların müdafiəçinin idarlarını üstələmə haqqı var.

Prokuror Paka 30 illik həbs cəzası istəmişdi.

XS
SM
MD
LG