Accessibility links

Pakistanda intiharçı hücumu nəticəsində nazir öldürülüb


Pakistanın əhalisi sıx olan Pancab vilayətinin Daxili İşlər rəsmisi evinin qarşısında həyata keçirilən intiharçı hücumu nəticəsində həlak olub.

Pancab regional hökumətinin səhiyyə məsələləri üzrə müşaviri Səid Elahinin dövlət televiziyasına verdiyi məlumata görə, ölən 15 nəfər arasında nazir Şuja Xanzada da var.

Xilasedicilər bildirib ki, dağıntılar altında bir çox insan olduğu üçün ölənlərin sayının artacağı ehtimal edilir.

Şahidlər deyir ki, şimal-qərbdəki Attok rayonunda intiharçı evə daxil olub, mühafizəçiləri keçdikdən sonra sonra bombaları partlatdığı zaman nazirin evində 30-a yaxın adam olub.

Punjab province, Pakistan
Punjab province, Pakistan

Güclü partlayış binanın dağılmasına səbəb olduğu üçün dağıntılar altında polis işçiləri daxil olmaqla onlarla insanın qaldığı ehtimal edilir.

Rəsmilər deyir ki, Xanzada Sunni yaraqlıların qrupu olan Laşkar-e-Jhangvidən təhdid mesajları alırmış. Qrup Pakistanda azlıqda olan şiə müsəlmanlara qarşı ölümcül hücumları ilə tannır.

Keçən ay Pancabın əks-terror polisi fəaliyyətinə qadağa qoyulmuş qrupun lideri Malik İşaqı öldürmüş və Xanzadaya qarşı terror hücumunu üzə çıxararaq qarşısını almışdı.

Xanzada Pakistan Talibanı və Pancabdakı Əl-Qaidə yaraqlılarına qarşı son hücumlara rəhbərlik edirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG