Accessibility links

Pakistan raket sınağı keçirib


Pakistan hərbçiləri təkmilləşdirilmiş Şhaheen-1 raketini uğurla sınaqdan çıxarıldığını bildirir. Shaheen-1 raketi Hindistanda hədəfləri nüvə silahı ilə vurmaq imkanına mailkdir.

Raketin yeni təkmilləşdirilmiş raketi növü isə daha da uzaq məsafəni qət edə bilir.

Raketin sınaqdan keçirilməsi xəbəri Hindistanın Pekinə çata biləcək edə nüvə-başlıqlı yeni raketinin uğurla sınaqdan çıxdığını elan etdikdən bir həftə sonraya təsadüf edib.

Hindistan ballistik raketlərdən müdafiə sistemini 2006-cı ildən sınaqdan keçirir. Raket sınağı uğurlu keçsə, Hindistan raket əleyhinə güclü müdafiə sistemi olan az sayda ölkələrdən birinə çevriləcək.

XS
SM
MD
LG