Pakistan rəsmiləri deyirlər ki, ölkənin qəbilələrin yaşadığı şimal-qərb bölgəsində güllələnmiş 3 insan cəsədi tapılıb. Rəsmilərin bildirdiyinə görə, cəsədlərin yanında ölən şəxslərin ABŞ casusları olduğuna dair yazı qoyulub. Assosiated press agentliyi bildirir ki, yazıda Birləşmiş Ştatlara casusluq edən hər bir kəsin eyni aqibəti bölüşəcəyi deyilir. Bu, Birləşmiş Ştatlara məxsus olduğu ehtimal edilən iki pilotsuz təyyarənin bölgəyə hüçümu nəticəsində 16 nəfərin ölümündən bir gün sonra baş verir Pakistanın şimal-qərb bölgəsində pilotsuz təyyarələrin hücumlarının artması xarici qüvvələrlə İslamabad arasında münasibətlərin gərginləşməsinə səbəb olub.