Accessibility links

Pakistan: ABŞ ilə kəşfiyyat və təhlükəsizlik əməkdaşlığımız mövcud deyil


Pakistanın müdafiə naziri deyir ki, ölkəsinin Birləşmiş Ştatlarla pisləşən münasibəti iki müttəfiq arasındakı təhlükəsizlik və kəşfiyyat əməkdaşlığını mövcud olmayan dərəcəyə endirib.

İki müttəfiq arasında əməkdaşlıq 2011-ci ilin sentyar ayında əl-Qaidə terrorçularının Birləşmiş Ştata hücumlarından sonra artıb. Lakin Amerikanın Səsinə müsahibədə müdafiə naziri Xurram Dastgir deyirb ki, Vaşinqtonun sərt və ictimai qınaqları münasibətlərdə tənəzzülə səbəb olub.

“Prezident Trampın tonu, vitse-prezident Pensin bir neçə həftə əvvəl Əfqanıstanda, Baqramda söylədikləri Pakistan hökümətinin azad hərəkət etmə imknalarını azaldır,” o deyib və əlavə edib ki, əməkdaşlıq səviyyəsi Birləşmiş Ştatlarla olan münasibətlərin xaraketrindən asılıdır. “Münasibətlər gərginləşdikcə, əməkdaşlıq azalır,” deyə o bildirib və hazırda iki ölkə arasındaki münasibətləri “soyuq sülh” vəziyyətində olaraq dəyərləndirib.

Əlavə addımlar atılmalıdır

Pakistan və Birləşmiş Ştatlar ötən avqust ayında prezident Donald Trampın administrasiyası yeni Cənubi Asiya siyasətini açıqlayandan bəri qarşı-qarşıya gəlib.

Tramp Pakistana qarşı yeni daha sərt yanaşmasının olacağına söz verib. Vaşinqton İslamabadı Əfqanıstan höküməti, habelə ABŞ və NATO qüvvələrinə qarşı döyüşən Əfqan Talibanını sığınacaqla təmin etməkdə günahlandırır. Pakistan bu ittihamları rədd edir və ərazisni 2014-cü ildə başlayan hərbi əməliyyatdan sonra sığınacaqlardan təmizlədiyini bildirir.

Bu ayın əvvəli Dövlət Departamenti rəsmisi müxbirlərə bildirib ki, ABŞ rəsmliləri hər iki ölkənin münasibətləri yaxşılaşdırmaq istəsə də, Pakistan ABŞ-ın uzun zamandır Pakistan ərazisində fəaliyyət göstərən militant qruplarla bağlı narahatlıqları ilə bağlı əlavə addımlar atmalıdır.

Bəzi təhlükəsizlik məsələlərində etibarsızlığın mövcud olduğu 2011-ci ilin may ayında Birləşmiş Ştatlar Pakistanın Abbottabad anklavındakı hərbi akmediyaya çox yaxın yerdə Əl-Qaidənin lideri Usama Bin Ladenin gizli sığınacağınada gözlənilməz reyd keçirdiyi zamandan bəri bəlli idi. ABŞ rəsmiləri o zaman dedi ki, Vaşiqntonun planlarından İslamabadı xəbərdar etməməsinə səbəb missiyanın həyata keçməməsinə dair narahatlıq oldu.

ABŞ-ın İslamabaddakı rəsmiləri Dastgirin Birləşmiş Ştatlarla təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının dayandırılması ilə bağlı daha öncəki ictimai şərhlərinə çox əhəmiyyət verməyib, çünki onlar Pakistan hökümətindən belə bir xəbərdarlıq almadıqlarını deyib.

Məhdud seçimlər

Lakin Pakistan hələ də Birləşmiş Ştatlara Əfqanıstandakı qoşunlarını təchiz etmək üçün ərazisindən istifadə etməyə icazə verir. Ölkə rəhbərliyi lazım olsa bunu istifadə edə biləcəklərini deyib, amma bunu etmədən öncə mümkün nəticələri ciddi şəkildə nəzərə alacaqlar.

Regiondakı qoşunları təmin etmək məsələsingə ABŞ-ın seçimləri məhduddur. Alternativ olaraq onlar ABŞ ilə Pakistandan da daha pis münasibətləri olan ya İran ya da Rusiya ilə əməkdaşlıq etməlidir.

XS
SM
MD
LG