Accessibility links

Pakistandakı anti-terror əməliyyatı zamanı Əfqanıstanda yerləşən qrupla əlaqəsi olan 12 militant öldürülüb


Pakistan rəsmilərinin çərşənbə günü bildirdiyinə görə, zorakılıqlara səhnə olan şimal-qərb bölgəsində səhər tezdən həyata keçirilən anti-terror əməliyyatı zamanı Əfqanıstanda fəaliyyət göstərdiyi iddia edilən qadağan olunmuş ekstremist qrupla əlaqəsi olan 12 militant öldürülüb.

Hərbçilər öldürülən şəxslərin "Təhrik-i-Taliban Pakistan" (TTP) və ya Əfqanıstanın hakim İslamçı Talibanının qolu və müttəfiqi olan Pakistan Talibanının "terrorçuları" olduğunu müəyyən edib.

Ordunun bəyanatında bildirilib ki, onun "kəşfiyyat" məlumatları təhlükəsizlik qüvvələrinə Hayber Paxtunxva sərhəd vilayətinin Lakki Marvat bölgəsində TTP üsyançılarını ələ keçirilib məhv edilməsinə imkan verib.

Məlumatda "Əməliyyat zamanı terrorçulardan silah, sursat və əfqan valyutası müsadirə edilib" deyilib.

Hərbi anti-terror əməliyyatı təhlükəsizlik qüvvələri də daxil olmaqla, yüzlərlə insanın ölümünə səbəb olan və İslamabadın Kabildəki Taliban rejimi ilə dostluq əlaqələrini gərginləşdirən "Təhrik-i-Taliban Pakistan"nın son həftələr Pakistanda törətdiyi hücumları fonunda baş verib.

Əfqanıstan Talibanının baş sözçüsü Pakistanda trans-sərhəd terrorizminin ölkəsindən qaynaqlanması ilə bağlı iddiaları yenidən rədd edib.

"İslam Əmirliyi başqalarına zərər verəcək fəaliyyətlərə qarşı Əfqanıstan ərazisində bütün səylərini göstərir" - deyə, Zəbihulla Mücahid Amerikanın Səsinə telefonla bildirib.

Mücahid əlavə edib ki, onun administrasiyası terrorla mübarizə məsələsini müzakirə etmək üçün Əfqanıstana səfər etmək niyyətində olduqları təqdirdə Pakistan onları məmnuniyyətlə qarşılayacaq.

XS
SM
MD
LG