Accessibility links

Pakistan ABŞ-ı ərazilərində təktərəfli hücumlar həyata keçirməkdə günahlandırıb


Pakistan ABŞ-ı ərazilərində təktərəfli hücumlar həyata keçirməkdə günahlandıraraq, İslamabadın Əfqanıstanda hücumlar həyata keçirilən Həqqani şəbəkəsinə qarşı mübarizə aparmadığına dair iddialarını əsassız adlandırıb.

Ordu sözçüsü Asif Qafur Pakistan qüvvələrinin Həqqani də daxil edilməklə, terrorçulara qarşı mübarizə apardığını deyərək, Amerikanın ittihamlarının mənasız olduğunu bildirib.

O, Pakistanın əks-terrorizm fəaliyyətlərinin nəticə verdiyinin aylar və illərdən sonra görüləcəyini deyib.

Daha əvvəl ABŞ müdafiə naziri Cim Mattis ölkəyə səfəri zamanı Pakistanı militanlara qarşı mübarizə səylərini iki dəfə artırmağa səsləyib.

ABŞ-ın Pakistanı Taliban döyüşçülərini sığınacaqla təmin etməklə günahlandırdığı ilk dəfə deyil. Rəsmi İslamabad isə öz növbəsində Taliban militanlarıyla mübarizədə əlindən gələni etdiyini bildirir.

Pakistanın baş naziri Şahid Xaqan Abbasi bəyanatında qeyd edib ki, Pakistanda terroristlərin təhlükəsizlik sığınacaqları yoxdur və onlar bu qruplara qarşı mübarizəni davam etdirirlər.

Pakistana səfərindən öncə barışdıcı tonda çıxış edən Mattis bildirib ki, o, Pakistan liderleriylə ciddi fikir ayrılıqlarına yol vermək istəmir.

XS
SM
MD
LG