Accessibility links

Pakistanda universitetdə intiharçı hücumu 25 nəfərin ölümülə nəticələnib


Rəsmilər və xəstəxanadan alınan məlumatda deyilir ki, bu gün Pakistanın şimal-qərb bölgəsində universitetdə odlu silah və bombalarla hücum zamanı azı 25 nəfər ölüb, onlarla insan yaralanıb.

Rəsmilərin bildirdiyinə görə, dörd nəfərdən ibarət terrorçu qrup bu gün səhər saat 9 radələrində Çarsadda şəhərindəki Baça Xan universitetinə hücum edərək, tələbə və müəllimləri atəşə tutub.

Yerli polis idarəsinin generalı Səid Vəzir Xan hücumçulardan azı ikisinin intiharçı olduğunu deyib.

Pakistanda Taliban qrupunun sözçüsü Məhəmməd Xorasani qrupun universitetdə hücumla heç bir əlaqəsi olmadığını deyib və əlavə edib ki, qeyri-hərbi müəssisələr onların hədəf alınacaq siyahısında yoxdur. Amerikanın Səsinə verdiyi məlumatda Xorasani deyib ki, universitetə ediıən hücum "İslamda şəriətə" qarşıdır.

XS
SM
MD
LG