Accessibility links

Pakistanın Kuetta şəhərində bomba hücumları həyata keçirilib


Pakistan rəsmilərinin bildirdiyinə görə, bu gün Kuetta şəhərində həyata keçirilən iki bomba hücumu azı 56 nəfərin nəfərin ölümünə, 100-dən çox insanın yaralanmasına səbəb olub.

Polis intiharçı tərəfindən həyata keçirilən birinci bomba hücumunun Bəlucistanın paytaxtındakı bilyard klubunda, ikinci hücumun isə bundan 10 dəqiqə sonra binanın yaxınlığında həyata keçirildiyini bildirib.

Xəbərdə hansı partlayıcı qurğudan istifadə edildiyi barədə məlumat verilməsə də, hədəfin yari-hərbi ordunun əsgərləri olduğu güman edilir.

Bəlucistan vilayətinin paytaxtı Kuetta on illərdir separatçı üsyançıların qiyamına səhnə olub. Bu şəhərdə İslamçı yaraqlılar da məskunlaşıb.

Bundan əvvəl rəsmilər Birləşmiş Ştatların pilotsuz təyyarələrinin həmin bölgədəki bir evi hədəf alıdığını, nəticədə azı 5 yaraqlının öldüyünü bildirmişdilər.
XS
SM
MD
LG